Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 1-ci fəsil

Müqəddəs Kitab

1-41-ci məzmurlar
Məzmur 1
1 Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2 O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
3  Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.
 
4 Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5 Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
6 Çünki Rəbb salehlərin yolunu bilər,
Pislərin yolu isə məhv olar.
  • 1
  • 2
  • More pages
  • 150