Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 112
1 Rəbbə həmd edin!
 
Nə bəxtiyardır Rəbdən qorxan,
Əmrlərindən zövq alan insan!
2 Nəsli yer üzündə güclü olacaq,
Əməlisalehlərin övladları xeyir-dua alacaq.
3 Evindən bolluq və sərvət əskilməz,
Salehliyi əbədi qalar.
4 Zülmətdə belə, əməlisaleh insanlar üçün,
Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
5 Səxavətlə borc verən,
İşlərini ədalətlə görən yaxşı insandır.
6 Belə adam əsla sarsılmaz,
Saleh insan əbədi olaraq yadda qalacaq.
7 Pis xəbərdən qorxmaz,
Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8 Cəsur ürəklidir,
Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9  Səpələyər, fəqirlərə paylayar,
Salehliyi əbədi qalar,
Qüdrəti və hörməti ucalar.
10 Pis adamsa bunu görüb qəzəblənər,
Dişlərini qıcıdar, yanıb-tökülər,
Pislərin arzusu puç olar.
  • 1
  • More pages
  • 111
  • 112
  • 113
  • More pages
  • 150