Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 114
1  İsraillilər Misirdən çıxanda,
Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2 Yəhuda Rəbbin müqəddəs məskəni oldu,
İsrail Rəbbin səltənəti oldu.
 
3  Onları görəndə dəniz qaçdı,
İordan çayı geri çəkildi.
4 Zirvələr qoçlar kimi,
Təpələr quzular kimi tullandı.
5 Ey dəniz, niyə qaçdın, sənə nə oldu?
Ey İordan çayı, niyə belə geri çəkildin?
6 Ey zirvələr, qoçlar kimi,
Ey təpələr, quzular kimi niyə tullandınız?
 
7  Ey dünya, Hökmranın hüzurunda,
Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8 Qayanı gölməçəyə döndərən,
Çaxmaq daşını çeşməyə çevirən Odur.
  • 1
  • More pages
  • 113
  • 114
  • 115
  • More pages
  • 150