Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 12-ci fəsil

Müqəddəs Kitab

Məzmur 12
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1 Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb,
Bəşər övladları arasında vəfalılar qurtarıb.
2 Hər kəs başqasına yalan söyləyir,
Ağzı yalan danışır, ikiüzlülük edir.
 
3 Qoy Rəbb yalan danışan hər ağzı yumsun,
Hər lovğa dili kəssin!
4 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq.
Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
 
5 Rəbb deyir: «İndi qalxacağam,
Çünki fəqirlərə zülm edilir,
Məzlumlar nalə çəkir, qurtuluş istəyir.
Mən bunu onlara verəcəyəm».
6 Rəbbin kəlamları pakdır,
Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.
 
7 Sən, ya Rəbb, onları qoru,
Bu nəsildən onların hər birini əbədilik hifz et.
8 Bəşər övladları arasında namərdlik artarkən
Hər yanda pislər gəzər.
  • 1
  • More pages
  • 11
  • 12
  • 13
  • More pages
  • 150