Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 124
Davudun ziyarət nəğməsi.
1 İndi İsrail söyləsin:
Rəbb tərəfimizi saxlamasaydı,
2 Bizə qarşı insanlar qalxarkən
Rəbb tərəfimizi saxlamasaydı,
3 Bizə qarşı qəzəblərindən yanarkən
Bizi diri-diri udardılar,
4 Sular bizi yuyub-aparardı,
Sellər üstümüzü basardı,
5 Azğın sular üstümüzü basardı.
 
6 Alqış olsun Rəbbə!
O bizi onların dişlərinə ov etmədi.
7 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,
Tələ qırıldı, canımız azad oldu.
8 Bizə Rəbbin adından,
Göyləri və yeri yaradandan yardım gəlir.
  • 1
  • More pages
  • 123
  • 124
  • 125
  • More pages
  • 150