Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 125
Ziyarət nəğməsi.
1 Rəbbə güvənənlər Sion dağı kimi
Sarsılmaz, əbədi qalar.
2 Dağlar Yerusəlimi dövrəyə aldığı kimi
Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
3 Salehlərin payı üstündə
Şər insanların dəyənəyi hökm sürə bilməz,
Yoxsa salehlər də şərə əl atardı.
 
4 Ya Rəbb, xeyirxahlara,
Ürəyidüz olan insanlara xeyirxahlıq et!
5 Rəbb əyri yola dönənləri aparacaq,
Onları şər iş görənlərlə bir yerə qoyacaq.
 
İsrailin üzərinə sülh olsun!
  • 1
  • More pages
  • 124
  • 125
  • 126
  • More pages
  • 150