Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 127
Süleymanın ziyarət nəğməsi.
1 Evi Rəbb tikməzsə,
Bənnaların zəhməti boşa gedər.
Şəhəri Rəbb qorumazsa,
Keşikçilər boş yerə orada gözlər.
2 Erkən qalxıb gec yatmağınız,
Azuqə üçün özünüzü çox yormağınız faydasızdır.
Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
 
3 Övladlar Rəbbin verdiyi paydır,
Bətnin bəhrəsi Onun mükafatıdır.
4 İnsanın gənc ikən övladları olarsa,
Bir igidin əlindəki oxlara bənzər.
5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır!
Darvazada əleyhdarları ilə çəkişən zaman
Xəcalətli olmayacaq.
  • 1
  • More pages
  • 126
  • 127
  • 128
  • More pages
  • 150