Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 128
Ziyarət nəğməsi.
1 Nə bəxtiyardır Rəbdən qorxan,
Onun yolları ilə gedən insan!
2 Çünki öz əlinin bəhrəsini yeyəcəksən,
Xoşbəxt olub uğur qazanacaqsan.
 
3 Evində arvadın tənək kimi bar gətirəcək,
Övladların zeytun pöhrələri kimi
Süfrənin ətrafını bürüyəcək.
4 Rəbdən qorxan insan
Belə xeyir-dua alacaq:
 
5 Rəbb Siondan sənə xeyir-dua versin,
Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,
6 Övladlarının övladlarını görəsən!
 
İsrailin üzərinə sülh olsun!
  • 1
  • More pages
  • 127
  • 128
  • 129
  • More pages
  • 150