Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 129
Ziyarət nəğməsi.
1 Qoy İsrail söyləsin:
«Mənə gəncliyimdən bəri əzab verdilər.
2 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,
Lakin məğlub edə bilmədilər.
3 Elə bil kürəyimdə kotan sürüblər,
Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4 Rəbb isə adildir,
Pislərin buxovlarını qırdı».
 
5 Siona nifrət bəsləyənlərin hamısı
Qoy xəcalət içində geri qovulsun!
6 Qoy cücərmədən solsunlar,
Damda bitən ot kimi olsunlar!
7 O, biçinçinin ovcunu,
Dərz bağlayanın qucağını doldurmaz!
8 Yoldan keçən onlara belə deməz:
«Rəbb sizə xeyir-dua versin,
Sizə Rəbbin ismi ilə alqış olsun!»
  • 1
  • More pages
  • 128
  • 129
  • 130
  • More pages
  • 150