Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 13-cü fəsil

Müqəddəs Kitab

Məzmur 13
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
1 Ya Rəbb, nə vaxtadək,
Yoxsa əbədilikmi məni unudacaqsan?
Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
2 Nə vaxtadək qəlbim qəmli olacaq?
Könlümdə hər günmü qubar qalacaq?
Nə vaxtadək düşmənim üstün olacaq?
 
3 Bax mənə, cavab ver, ey Allahım Rəbb!
Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
4 Qoy düşmənlərim «uddum onu» deməsinlər,
Mən sarsılarkən şənlənməsinlər.
 
5 Sənin məhəbbətinə güvənirəm,
Qurtuluşunla qəlbim şadlanacaq.
6 Rəbbə ilahi nəğməmi oxuyacağam,
Çünki mənə comərdlik etdi.
  • 1
  • More pages
  • 12
  • 13
  • 14
  • More pages
  • 150