Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 141
Davudun məzmuru.
1 Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş,
Fəryad edərkən səsimi eşit!
2  Qoy hüzurunda dualarım buxur kimi,
Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
 
3 Ya Rəbb, ağzıma nəzarətçi qoy,
Dodağımın qapısını qoru.
4 Qoyma qəlbim şərə meyl etsin,
Şər iş görənlərə qoşulub mən də pis iş görməyim,
Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
 
5 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,
Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.
Daim pislərin şərinə qarşı dua edərəm.
6 Hakimləri yarğandan atılarkən
Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi
Sümüklərimiz ölülər diyarının qapısına səpilib.
 
8 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,
Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9 Şər iş görənlərin tələsindən,
Onların qurduğu cələdən məni qoru.
10 Qoy pislər öz torlarına düşsün,
Mən də yolumu salamat keçib-gedim.
  • 1
  • More pages
  • 140
  • 141
  • 142
  • More pages
  • 150