Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 146
1 Rəbbə həmd edin!
 
Ey könlüm, Rəbbə həmd et!
2 Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm,
Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!
 
3 Əsilzadələrə,
Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
4 Onlar canı çıxan kimi torpağa düşər,
Niyyətləri bircə anda yox olar.
 
5 Nə bəxtiyardır Yaqubun Allahından kömək alan,
Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
6 Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan,
Odur əbədi sadiq qalan.
7 O, miskinlərə haqq qazandırır,
O, acları azuqə ilə doydurur.
 
Rəbb əsirləri azad edir,
8 Rəbb kor gözləri açır.
Rəbb qəddi əyilənləri düzəldir,
Rəbb salehləri sevir.
9 Rəbb qəriblərə dayaq olur,
Yetimi, dul qadını ayağa qaldırır,
Pislərinsə yollarını dolaşdırır.
 
10 Rəbb əbədi hökmranlıq edir,
Ey Sion, Allahın nəsillər boyu hökm verir!
 
Rəbbə həmd edin!
  • 1
  • More pages
  • 145
  • 146
  • 147
  • More pages
  • 150