Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 23-cü fəsil

Müqəddəs Kitab

Məzmur 23
Davudun məzmuru.
1 Rəbb mənim çobanımdır, möhtac olmaram.
2  O, məni yaşıl çəmənlərdə dincəldir,
Sakit axan sular kənarında gəzdirir.
3 Məni yenə də canlandırır,
İsmi şərəfinə salehlik yolları ilə aparır.
4 Ölüm kölgəsinin dərəsində gəzsəm belə,
Şərdən qorxmaram, çünki Sən mənimləsən,
Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
 
5 Düşmənlərimin qarşısında
Mənim üçün süfrə açırsan,
Başıma ətirli yağ çəkirsən,
Ağzınadək camımı doldurursan.
6 Bəli, bütün həyatım boyu
Yaxşılıq, məhəbbət məni izləyir.
Bütün ömrüm boyu
Rəbbin evində yaşayacağam!
  • 1
  • More pages
  • 22
  • 23
  • 24
  • More pages
  • 150