Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 28-ci fəsil

Müqəddəs Kitab

Məzmur 28
Davudun məzmuru.
1 Ya Rəbb, Səni səsləyirəm,
Ey Qayam, qulağını tıxama.
Əgər cavab verməsən,
Qəbirə düşənlərə bənzəyərəm.
2 Səni yardıma çağırarkən,
Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,
Yalvarış səsimi eşit.
 
3 Pislərlə, şər iş görənlərlə birgə
Məni dartıb aparma.
Onlar qonşuları ilə dost kimi danışır,
Lakin qəlblərində şər dolaşır.
4  Əməllərinə, pis işlərinə görə
Onların əvəzini ver,
Əllərindən gələn bu işlər nəyə layiqdirsə,
Onlar üçün ödə.
5 Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,
Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə
Rəbb onları yerə vuracaq,
Bir daha qaldırmayacaq.
 
6 Alqış olsun Rəbbə,
Yalvarış səsimi eşitdi!
7 Rəbb qalam, sipərimdir!
Qəlbim Ona güvənəndə köməyimə çatır.
Sevincdən qəlbim cuşa gəlir,
İlahilərimlə Ona şükür edirəm.
8 Rəbb Öz xalqının gücüdür,
Məsh etdiyi insanın nicat qalasıdır.
9 Öz xalqını qurtar,
Seçdiklərinə xeyir-dua ver.
Öz sürünü otar,
Xalqının əbədilik qayğısına qal!
  • 1
  • More pages
  • 27
  • 28
  • 29
  • More pages
  • 150