Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 43
1 Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən
Məni haqlı çıxart,
Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2 Çünki Sən pənah gətirdiyim Allahsan.
Niyə məni atmısan?
Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3 Göndər Öz nurunu, həqiqətini,
Qoy yolunu mənə göstərsinlər,
Müqəddəs dağına, məskənlərinə
Qoy məni aparsınlar.
4 Onda Allahın qurbangahına,
Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.
Lira çalıb Sənə şükür edərəm,
Ey Allah, mənim Allahım.
 
5 Mənim qəlbim, niyə qırılmısan?
Axı niyə bu köksümdə təlaşlanırsan?
Ümidini yenə Allaha bağla,
Qoy Allahıma – məni qurtarana şükür edim.
  • 1
  • More pages
  • 42
  • 43
  • 44
  • More pages
  • 150