Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 52
Musiqi rəhbəri üçün. Davudun maskili.
Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə
1 Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?
Sonsuzdur Allahın məhəbbəti.
2 Ey hiyləgər, dilin insanı məhv edir,
İti ülgüc kimi kəsir.
3 Yaxşılıqdan çox yamanı,
Doğru sözdən çox yalanı sevirsən.
Sela
4 Ey hiyləgər dilli,
Məhvedici sözləri çox sevirsən!
 
5 Allah səni əbədilik qıracaq,
Yaxandan yapışaraq evindən çölə atacaq,
Dirilər arasından kökünü qoparacaq.
Sela
6 Salehlər buna baxıb qorxacaqlar,
Gülə-gülə belə deyəcəklər:
7 «Bu adam Allaha pənah gətirmədi,
Öz bol sərvətinə güvəndi,
Başqalarını məhv edərək gücləndi».
 
8 Amma mən Allahın evində
Yaşıl zeytun ağacına bənzərəm,
Daima, əbədilik
Allahın məhəbbətinə güvənirəm.
9 Sənin gördüyün işlərə görə daim şükür edirəm,
Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!
  • 1
  • More pages
  • 51
  • 52
  • 53
  • More pages
  • 150