Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 6-cı fəsil

Müqəddəs Kitab

Məzmur 6
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1  Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh etmə.
2 Ya Rəbb, mənə rəhm et,
Çünki taqətim qalmayıb.
Mənə şəfa ver, ya Rəbb,
Sümüklərim sızlayır.
3 Canıma vəlvələ düşüb.
Ya Rəbb, bu nə vaxtadək olacaq?
 
4 Ya Rəbb, gəl, mənə kömək et,
Məhəbbətin naminə məni xilas et!
5 Ölüb-gedən insan Səni xatırlamaz.
Axı ölülər diyarından kim Sənə şükür edəcək?
 
6 Öz ah-naləmdən bezmişəm,
Hər gecə ağlamaqdan döşəyim islanır,
Göz yaşlarımdan yatağım yaş olur.
7 Qəmdən gözümün nuru sönüb,
Gözlərim düşmənləri görməkdən zəifləyib.
 
8  Siz ey şər iş görənlər, məndən uzaq durun!
Çünki Rəbb hönkürtümü eşitdi,
9 O, yalvarışımı dinlədi,
Rəbb duamı qəbul etdi!
10 Bütün düşmənlərim rüsvay olacaq,
Canlarına vəlvələ salınacaq,
Xəcalət içində bir andaca geri qayıdacaq.
  • 1
  • More pages
  • 5
  • 6
  • 7
  • More pages
  • 150