Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 61
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1 Ey Allah, fəryadımı eşit,
Duamı dinlə.
2 Düşkünlük qəlbimi alıb,
Mən dünyanın ucqarından Səni çağırıram.
Sən məni əlçatmaz bir qayaya apar.
 
3 Çünki Sən mənim pənahgahımsan,
Düşmənə qarşı möhkəm qülləsən.
4 Qoy sonsuzadək çadırında yaşayım,
Qanadlarının altında pənah tapım.
Sela
5 Sən, ey Allah, etdiyim əhdi eşitdin,
Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
 
6 Sən ömür ver, qoy padşahın yaşasın,
İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
7 Allahın hüzurunda daim taxtda otursun,
Məhəbbət və sədaqət ver, onu qorusun.
8 Mənsə adını həmişə tərənnüm edəcəyəm,
Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!
  • 1
  • More pages
  • 60
  • 61
  • 62
  • More pages
  • 150