Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 67
Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur.
Bir ilahi.
1 Lütf edib, ey Allah, bizə xeyir-dua ver,
Üzün üstümüzə nur saçsın.
Sela
2 Qoy yer üzündə Sənin yolun,
Bütün millətlər arasında qurtuluşun tanınsın.
 
3 Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.
4 Qoy ümmətlər sevinclə Səni mədh etsin,
Çünki xalqlara insafla hökm edirsən,
Yer üzündəki ümmətlərə yol göstərirsən.
Sela
5 Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.
 
6 Yer üzü bəhrəsini verib,
Allah, bizim Allahımız bizə bərəkət verib.
7 Allah bizə xeyir-dua verib.
Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!
  • 1
  • More pages
  • 66
  • 67
  • 68
  • More pages
  • 150