Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: undefined

Müqəddəs Kitab

Məzmur 70
(Zəb. 40:13-17)
Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru.
1 Ey Allah, məni xilas et,
Ya Rəbb, dadıma tez çat!
2 Canımın qəsdinə duranlar
Qoy utanıb biabır olsunlar.
Pis günümdən zövq alanlar
Geri qovulub rüsvay olsunlar.
3 «Aha! Aha!» deyənlər
Xəcalət içində çaşıb-qalsınlar.
 
4 Lakin Səni axtaranlar
Sənə görə qoy şad olub sevinsinlər,
Verdiyin xilası sevənlər
Daim «Qoy ucalsın Allah!» desinlər.
5 Budur, bir məzlum, bir fəqirəm,
Ey Allah, Sən Özünü tez yetir.
Köməyim, xilaskarım Sənsən,
Ya Rəbb, ləngimə!
  • 1
  • More pages
  • 69
  • 70
  • 71
  • More pages
  • 150