Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Zəbur: 8-ci fəsil

Müqəddəs Kitab

Məzmur 8
Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru.
1 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Ehtişamın göylərə qalxır!
2  Düşməni və qisasçını susdurmaq üçün
Körpələrin və çağaların səsi ilə
Yağılarına qarşı qala qurdun.
 
3 Əllərinin işi olan göyləri,
Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
4  «İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
 
5 Onu Allahdan bir az aşağı yaratdın,
İzzət və əzəmət tacını onun başına qoydun,
6  Əllərinin işləri üzərində onu hökmdar etdin.
Hər şeyi onun ayağının altına qoydun:
7 Bütün sürü və naxırları,
Çöldə yaşayan heyvanları,
8 Göydəki quşları, dənizdəki balıqları,
Dəryalarda üzənlərin hamısını.
 
9 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
  • 1
  • More pages
  • 7
  • 8
  • 9
  • More pages
  • 150