Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yezekel: 15-ci fəsil

Müqəddəs Kitab

Yerusəlimin tənəklə müqayisəsi
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür? 3 Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? 4 Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı? 5 Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq.
6 Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam. 7 Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm. 8 Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir».
  • 1
  • More pages
  • 14
  • 15
  • 16
  • More pages
  • 48