Vay halınıza!
(Luka 11:39-51)
1 Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib 2 dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. 3 Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların
etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4 Ağır və çətin
daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə,
tərpətmək istəməzlər. 5 Onlar öz əməllərinin hamısını insanlar görsün deyə
edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. 6 Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, 7 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.
8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir
Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. 9 Yer üzündə kimsəyə “ata”
deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. 10 Kimsə sizə “rəhbər”
deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. 11 Aranızda ən böyük olan
xidmətçiniz olsun. 12 Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü
aşağı tutarsa, yüksəldiləcək.
13 İkiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar
və özlərinizi göstərmək üçün uzun-uzadı dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq.14 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi
Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız Vay
halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi
Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız
15 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!
Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat
artıq cəhənnəmlik edirsiniz.
16 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə
and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. 17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis
edən məbədmi? 18 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə,
əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. 19 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən
qurbangahmı? 20 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan
bütün şeylərə and içir. 21 Məbədə and içən kəs ona və içində Yaşayana and
içir. 22 Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.
23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!
Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və
imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 24 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!
25 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!
Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.
26 Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də
təmiz olsun!
27 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!
Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər
cür murdarlıqla doludur. 28 Siz də zahirən insanlara saleh görünürsünüz,
daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.
29 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!
Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. 30 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla
şərik olmazdıq” deyirsiniz. 31 Beləliklə, peyğəmbərləri öldürənlərin
övladları olduğunuza özünüz şəhadət edirsiniz. 32 Elə isə, ata-babalarınızın
başladığı işi başa çatdırın! 33 Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə
məhkum edilməkdən necə qaçacaqsınız?
34 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və
ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda
qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; 35 belə ki saleh olan Habilin
qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən
bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. 36 Sizə doğrusunu
deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.
Yerusəlimin aqibəti
(Luka 13:34-35)
37 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora
göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını
yığmaq istədim, sizsə istəmədiniz! 38 Baxın, eviniz viran qalır. 39 Çünki Mən sizə bunu deyirəm:
“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».