5-ci fəsil
1-10
GƏLƏCƏK SEVİNC VƏ MÜHAKİMƏ
(2Korinflilərə 5:1-10)
Bu
hissədə Paulun fikirlərinin mahiyyətini açan maraqlı düşüncə
ardıcıllığı var.
1)
Onun üçün bədənini tərk etdiyi gün sevinc günü olacaq. Paul
bədənə yalnız bir çadır, onun məhv olduğu və ruhun həqiqi
məskəninə sahib olduğu günə qədər qalacağımız müvəqqəti
yer kimi baxır.
Biz
artıq Yunan və Roma mütəfəkkirlərinin bədənə necə xor
baxdıqlarını görmüşük. Onlar deyirdilər ki, bədən qəbirdir.
Plotin isə deyirdi ki, bədənə sahib olmaqdan utanır. Epiktet özü
barədə belə bəyan edirdi: «Yazıq ruhum, bədənlə
yüklənmişsən». Seneka yazırdı: «Mən ali bir varlığam. Mən
azadlığımı qandallayan bədənimə qul olmaq üçün deyil, daha
böyük şeylər üçün doğulmuşam. Ruhum belə iyrənc məskəndə
yaşamağa məhkumdur». Hətta yəhudilərin dünyagörüşündə də
bu fikrə bəzən eyham vurulur. «Çünki ölümlü bədən cana yük
olar, maddi cisim çoxlu qayğısı olan ağlı zora salar»
(Süleymanın
müdrikliyi 9:15).
Paul
buna başqa cür yanaşır. O, qəbiristanlıq dünyasının hökm
sürdüyü nirvana5
axtarmır. O özünün ilahi varlıqla birləşib yoxa çıxdığını
görmür. O, bədənsiz ruhun azadlığını axtarmır. O, Allahın
ona yeni ruhani bədən verəcəyi günü gözləyir ki, bu da ona
səmada Allaha xidmət etmək və pərəstiş etmək üçün daha
yaxşı fürsət verəcək.
Kiplinq
axirətdəki həyat haqqında fikirlərini şeirlə ifadə etmişdi:
Sonuncu
şəkil çəkiləndə
Üzərindəki
boyalar quruyanda;
Qədim
«vitrinlər» solub gedəndə,
Gənc
tənqidçi vəfat edəndə,
Rəbb
zəhmətkeşləri yanına
İşləməyə
çağırana qədər
Biz
bir-iki dövr dincələcəyik.
Onda
mübarəklər sevinclə
Yerlərini
tutacaqlar,
Quyruqlu
ulduzun fırçaları ilə
Nəhəng
bir şəkil çəkməyə başlayacaqlar;
Mömin
Peteri, Paulu və Məcdəlli Məryəmi,
Sevdiklərini,
qohumlarını tanıyacaqlar.
Dövrü
rəsm çəkməklə keçirəcəklər,
Yeni
rəsmi bitirəcəklər.
Yalnız
Rəbb onları ruhlandıracaq,
Onlara
rəhbərlik etməyə yalnız O, layiqdir.
Orada pul
yığan yoxdur,
Şöhrət
axtaran yoxdur,
Ancaq
cənnət gözəlliyindən,
Mənzərədən
həzz alıb,
Ağlasığmaz
ehtişamı
Uca
Yaradana verəcəyik.
Paul
bunu məhz belə görürdü. O, əbədiyyəti əbədi bekarçılıq
kimi deyil, ruhun Allah qarşısındakı xidmətini tamamlayan yeni
bədənə sahib olmuş kimi təsəvvür edirdi.
2)
Gələcək həyatı səbirsizliklə gözləyərkən Paul indiki
həyata xor baxmır, əksinə, ondan razı görünür. Çünki hətta
burada da Allahın Ruhu bizimlədir. Müqəddəs Ruh isə arrabon-dur
(1:22
ilə müqayisə edin)
— yəni gələcək həyatın ilk girovudur. Paul əmindir ki,
məsihçi artıq burada da əbədi həyatı dada bilər. Məsihçiyə
iki dünyanın vətəndaşı olmaq hədiyyəsi verilir. Buna görə
də o, dünyaya xor baxmır, əksinə, onu gələcək ecazkar izzətin
əksi olan izzət şəfəqində görür.
3)
Sonra ciddi iradlar gəlir. Hətta axirət haqqında düşünən Paul
unutmurdu ki, bizi təkcə izzət deyil, həm də Hökm günü
gözləyir. «Çünki hər birimiz... Məsihin hökm kürsüsü önünə
çıxmalıyıq». Paul məhkəmə, tribunal mənasını verən bema
sözünü
işlədir. Çox güman, o, ya bir vaxtlar özünün də qarşısında
dayandığı Roma magistratının məhkəməsi haqqında, ya da Yunan
məhkəmə prosesi haqqında düşünürdü.
Bütün
Yunan vətəndaşları hakim və ya bizim dilimizlə desək, andlılar
kimi xidmət etməyə çağırıla bilərdi. Məhkəmədə oturan
afinalıya iki bürünc disk verilirdi. Disklərin hər birinin
silindrik oxu var idi. Oxlardan biri boş idi və bu disk məhkumluğu
bildirirdi. İkincisi doldurulmuşdu, bu disk isə bəraət demək
idi. Məhkəmə zalında iki qab var idi: biri bürünc, «həlledici
qab» adlanırdı, hakim onun içinə hökm çıxardığı diski
atırdı. Digəri taxta qab, «əhəmiyyət kəsb etməyən» qab
adlanırdı, hakim ora ikinci, lazımsız bildiyi diski atırdı.
Beləcə məhkəmə prosesinin sonunda hakim bürünc qabın içinə
ya məhkumluq, ya da bəraət diski atırdı. Müşahidəçiyə hər
iki disk eyni görünürdü və heç kim hakimlərin hansı hökmü
çıxardığını deyə bilməzdi. Bundan sonra disklər sayılır və
hökm oxunurdu.
Bir
gün biz də beləcə Allahın hökmünü gözləyəcəyik. Bunu
xatırlayanda, bu həyat son dərəcə əhəmiyyətli olur. Çünki
Allahın hökmü gələcək həyatımızı — həyat çələngi
alacağımızı, yoxsa itirəcəyimizi müəyyən edəcək. Zaman
əbədiyyət üçün məhək daşına çevrilir.
11-19
YENİ YARADILIŞ (2Korinflilərə
5:11-19)
Bu
hissə əvvəlki hissənin davamıdır. Paul indicə hamını
gözləyən Məsihin hökm
kürsüsü barədə
danışırdı. O, bunu həyatı boyu unutmurdu. Əslində Paul
Məsihin hökm kürsüsü haqqında danışarkən dəhşət doğuran
qorxudan deyil, daha çox ehtiramdan bəhs edirdi. Əhdi-Ətiqdə
qəlbi təmizləyən ehtiramdan çox söz açılır. Əyyub peyğəmbər
deyir: «Rəbb qorxusu hikmətdir, pislikdən çəkinmək
müdriklikdir» (Əyyub
28:28).
Qanunun təkrarı kitabının müəllifi soruşur: «...axı
Allahın Rəbb səndən nə istəyir?»
Cavabında da deyir: «Ondan qorx...» (Qanunun
təkrarı 10:12).
Süleymanın məsəlləri kitabında deyilir: «Rəbb qorxusu biliyin
başlanğıcıdır» (1:7-ni
9:10 ilə müqayisə edin).
«İnsan
Rəbb qorxusuna görə pislikdən dönər»
(Süleymanın
məsəlləri 16:6).
Burada zərbəni gözləyən itin qorxusu və ya qorxmuş uşağın
qorxusu nəzərdə tutulmur. Burada məbədi murdarlamaq, sevdiyi
insanın qəlbini qırmaq qorxusundan bəhs edilir. Məzmurçu deyir:
«Rəbbin hökmləri haqdır» (Zəbur
19:9).
Qəlbi təmizləyən ehtiram olmadan insan mömin həyat yaşaya
bilməz.
Paul
insanları səmimiliyinə inandırmağa çalışır. O əmindir ki,
Allahın nəzərində əlləri və niyyətləri pakdır, lakin
düşmənləri ona şübhə kölgəsi salıb və o öz səmimiyyətini
korinfli dostlarına sübut etmək istəyir. Bu istək özünü
doğrultmaq üçün hansısa eqoist istəyə əsaslanmır. Bu istək
səmimiliyi şübhə doğurduğu halda, insanların Allahın
Müjdəsini qavramasına pis təsir edəcəyinin fərqinə varır.
Adətən, adamlar danışanın xarakterini nəzərə alaraq deyilən
hər sözə fikir verirlər. Buna görə də təbliğatçı və
müəllim özlərinə qarşı şübhə yaratmamalıdır. Biz təkcə
şərdən deyil, onun ən əhəmiyyətsiz görünən təzahürlərindən
də çəkinməliyik ki, heç bir şey dinləyicilərimizin bizdən
çox təbliğ etdiyimiz müjdəyə etibarını azaltmasın.
13-cü
ayədə
Paul deyir ki, onun yeganə məqsədi — Allaha xidmət etmək və
korinflilərə kömək etməkdir. Onlar Paulun ağlını itirdiyini
düşünürdülər (Həvarilərin
işləri 26:24).
Onlar Məsihi başa düşmədiyi kimi, Paulu da başa düşmürdülər
(Mark
3:21).
Laqeyd və ölüvay insanlar xaraktercə özlərinin əksi olanları
həmişə dəli zənn edirlər.
Kiplinq
general Butun dünyanı gəzərkən gəmiyə necə gəldiyini təsvir
edir. Onu dəf və nağara çalan Qurtuluş Ordusu üzvlərinin
izdihamı müşayiət edirdi. Bütün bunlar hər şeydə irad tutan
Kiplinqi qəzəbləndirirdi. Bir qədər sonra o, general ilə daha
yaxından tanış oldu və ona belə şeyləri bəyənmədiyini
söylədi. «Cavan oğlan, — deyə But cavab verdi, — əgər
başımın üstündə dayanıb ayaqlarımla dəf vurmaqla Məsih üçün
daha bir can qazana bilsəydim, bunu böyük həvəslə öyrənərdim».
Əsl
entuziast6
adam kiminsə onun dəli olduğunu düşünüb-düşünməməsinə
qətiyyən əhəmiyyət vermir. Əgər bir adam məsihçi olaraq nə
qədər çox fədakar, bağışlayan və sədaqətli olsa da, mütləq
onu dəlilikdə ittiham edən müdriklər tapılacaq. Paul yaxşı
bilirdi ki, insan təvazökar və ağıllı olmalıdır. Amma onu da
bilirdi ki, insanlar onu dəli hesab etsinlər deyə bəzən elə
davranmalıdır. Məsih və insanlar naminə Paul hər ikisini etməyə
hazır idi.
Burada
Paul məsihçi həyatının əsas vurğusuna keçir: «O, (Məsih)
hər kəs uğrunda öldü».
Paul məsihçinin Məsihdə
olduğuna inanırdı və bu barədə təbliğ etməyi sevirdi.
Məsihçi Məsihdə
olduğuna görə onun köhnə mənliyi Məsihlə birlikdə ölür və
o, indi tamamilə yeni insan kimi dirilir, sanki Yaradanın əli onu
yenidən yaradır. Məsihçi yeni həyatı ilə birlikdə yeni əxlaq
kodeksi əldə edir. O, indi dünyanı və həyatda baş verən
hadisələri başqa standartlara uyğun mühakimə edir. Bir vaxtlar
Paulun özü Məsihi dünyəvi standartlarla mühakimə edir və
dünyada məsihçi imanını məhv etməyə çalışırdı. Amma indi
o, dünyaya tamam başqa cür baxır. İndi Adını silməyə
çalışdığı Şəxs onun üçün dünyanın ən gözəl
Şəxsiyyətidir. Çünki o, bütün həyatı boyu axtardığı Allah
ilə dostluğu Onun vasitəsilə tapmışdır..
20-21
2Korinflilərə
5:20-21-in
şərhinə növbəti bölmədə baxın.