9-cu fəsil
1-5
KÖNÜLLÜ SURƏTDƏ İANƏ
VERƏN İNSAN (2Korinflilərə 9:1-5)
Erkən
dövrün əksər məsihçi ağsaqqallarının qeyd etdiyi kimi, bu
hissənin fonunda Paulun gözəl insani xüsusiyyətlərini görürük.
Paul Yerusəlimdə müqəddəslər üçün ianə toplamaqdan danışır
və makedoniyalıları korinflilərə nümunə göstərərək
səxavətli olmağa təşviq edir (8:1-5);
eyni zamanda korinfliləri makedoniyalılara nümunə göstərək
onları səxavətli olmağa təşviq edir! İndi Paul bir qədər
qorxur ki, korinflilər onun etibarını doğrultmaya bilərlər. Bu
tədbirlilik Paula və onun ürəyinin böyüklüyünə xasdır. Axı
o, heç vaxt bir cəmiyyəti digərinin gözündən salmırdı,
əksinə, onları tərifləyirdi. Bir insanın xarakterini digər
insanların başına gələn yaxşı və pis şeyləri eşitməkdən
nə qədər zövq alması ilə müəyyənləşdirmək olar.
İnsan
dörd yolla ianə verə bilər:
1)
Vəzifənin
yerinə yetirilməsi kimi.
İnsan ümumi qəbul edilmiş səxavət standartlarına uyğun olaraq
xərac verə bilər, bunu hesab və ya vergi ödəyirmiş kimi edə
bilər. Ancaq eyni ianəni xoşagəlməz bir vəzifə yerinə
yetirilirmiş kimi, üzdə elə bir ifadə ilə vermək olar ki,
ümumiyyətlə, edilməsə daha yaxşıdır.
2)
Verənin
özündən məmnun qalması kimi.
Bir insan yardımı verərkən alan adamda doğuracağı hisslərdən
daha çox özünün məmnunluq hissi haqqında düşünür. Bəzi
insanlar öz qəpiklərini yoxsula kömək etmək istəyindən çox,
özlərini məmnun etmək üçün verirlər. Belə ianə öz
mahiyyətinə görə sırf eqoist bir hərəkətdir. Belə verən
insanlar alana deyil, özlərinə verirlər.
3)
Nüfuzlarından
ötrü.
Belə bir ianənin motivasiyası sevgi deyil, qürurdur. Belə
hallarda yardım insanlara kömək etmək üçün deyil,
təriflənməkdən ötrü verilir. Əgər yardım verən adama xüsusi
diqqət və tərif verilməsəydi, yəqin ki, ümumiyyətlə,
verilməzdi. Bu cür bəxşişlər hətta Allahın etibarını
qazanmaq məqsədilə də edilə bilər, sanki Allahı borclu etmək
mümkündür.
4)
Bununla belə, bu kimi ianələrin pis niyyətdən irəli gəldiyini
söyləmək olmaz: axı nə qədər olmasa da ianə verilir. Ancaq
yeganə layiqli yardım insanın sevgi
ilə
etdiyi yardımdır. Sevgi və şəfqətlə idarə olunan şəxs
köməyə möhtac insana yardım etməyə bilməz. Məhz belə kömək
Allaha görə vermək deməkdir; çünki Allah dünyanı o qədər
sevdi ki, Öz Oğlunu verdi.
Paul
həqiqətən istəyirdi ki, korinflilər ianələrini əvvəlcədən
hazırlasınlar, yəni son anda toplamağa ehtiyac qalmasın. Qədim
Latın atalar sözündə deyilir: «Tez verən ikiqat verir». Bu,
həmişə belədir. Ən gözəl ianə heç bir xatırlatma olmadan
verilən ianədir. Çünki biz hələ günahkar ikən Məsih bizim
üçün öldü. Allah biz Ondan nəsə diləməzdən əvvəl
dualarımızı eşidir. Allahın bizim üçün etdiyini biz də
qardaşlarımız üçün etməliyik.
6-15
SƏXAVƏTLƏ VERMƏYİN
ƏLAMƏTLƏRİ (2Korinflilərə 9:6-15)
Burada
səxavətin xarakterik əlamətləri sadalanır.
1)
Paul bildirir ki, hələ heç kim səxavətinə görə müflis
olmayıb. Vermək — əkmək kimidir. Az əkən az biçər;
səxavətlə əkən isə vaxtı çatanda bol-bol biçər. Əhdi-Cədid
son dərəcə praktik kitabdır. Onun mühüm xüsusiyyətlərindən
biri odur ki, mükafatın olacağı mütləq şəkildə vurğulanır.
Orada fəzilətin tamamilə boş olduğuna dair heç bir fikir
yoxdur. Əhdi-Cədid Allahın əhdlərini qəbul etmiş bir insana
həyatının yeni və gözəl məzmunla dolduğunu daim xatırladır.
Lakin Əhdi-Cədidin insana təklif etdiyi mükafat heç vaxt maddi
xarakter daşımır. Əhdi-Cədid insana maddi nemətlər deyil,
mənəvi və ruhani bəhrələr təklif edir. Bəs səxavətli insanı
hansı mükafat gözləyir?
a)
O seviləcək.
Bu məsələyə bir qədər sonra qayıdacağıq. Xəsis insanı heç
kim sevməz, amma səxavət onun çoxlu günahlarının üstünü
örtər. İnsan hər zaman istiqanlı ürəyə üstünlük verəcək,
hətta bu şövq öz xeyrini güdən soyuqqanlılıq qarşısında
ifrata gətirib çıxarsa belə...
b)
Onun çoxlu
dostu
olacaq. «Dostları çox olan adam mehriban olmalıdır».
Xoşlanmayan insan başqaları tərəfindən sevildiyini gözləyə
bilməz. Qəlbi başqalarına açıq olan insan başqalarının ona
qarşı açıqqəlbli olduğunu gözləyə bilər.
c)
Ona kömək
ediləcək.
Bizim həmişə köməyə ehtiyac duyduğumuz bir gün olur. Əgər
biz çətinliyə düşən insanlara kömək etməkdən çəkiniriksə,
o zaman onlar da bizə kömək etməyə tələsməzlər. Bizə də
başqalarını ölçdüyümüz ölçü ilə ölçüləcək.
d)
Onlar Allaha
qarşı səxavətli
olacaqlar. İsa Məsih öyrədir ki, başqaları üçün nə
ediriksə, Allah üçün etmiş oluruq. Gün gələcək, bizim mənəvi
və maddi səxavətimiz bizim xeyrimizə hesablanacaq, daşürəkliyimiz
isə əleyhimizə şəhadət edəcək.
2)
Paul deyir ki, Allah səxavətli insanı sevir. Qanunun
təkrarı 15:7-11
kasıb qardaşa qarşı səxavətdən bəhs edir. Burada 10-cu ayə
xüsusilə vacibdir. «Kasıba
səxavətlə, könüllü surətdə yardım edin».
Ravvinlərin məsəllərində deyilir: «Dosta nəyisə qaşqabaq
üzlə verməkdənsə, onu xoş üzlə qəbul edib heç nə verməmək
daha yaxşıdır». Seneka deyirdi ki, tərəddüdlə və gec
verməkdənsə, heç nə verməmək daha yaxşıdır. Sonra Paul
Zəbur
112:3-9-dan
sitat gətirir. Burada səxavətli şəxsin təsviri verilir. O,
səpələyir, fəqirlərə paylayır; onun əməlləri əbədi qalır,
hörməti və sevinci çoxalır. Karleyl uşaqlıqda valideynləri
evdə olmayanda bir dilənçinin onların evinə necə gəldiyini
yazır. O, uşaq səxavəti ilə o, pul daxılını götürüb
içindəkiləri dilənçiyə vermişdi. Onun sözlərinə görə, o,
həmin anda həyatında heç vaxt yaşamadığı xoşbəxtlik hiss
etmişdi. Həqiqətən də, könüllü olaraq verən xoşbəxt
adamdır.
3)
Paul bildirir ki, Allah insana həm istək, həm də sərvət verir.
8-ci
ayədə deyilir ki, Allah bizə hər
bir neməti bol-bol verə bilər. Bunu
ifadə edərkən Paul stoiklərin sevimli sözü olan yunanca
avtarkiya
sözündən istifadə edir. Bu söz maddi nemətləri bol olan
insanın məmnun olması demək deyil. Bu söz müstəqillik
deməkdir. Məqsədi var-dövlətini artırmaq deyil, yoxsulluğu
aradan qaldırmaq istəyən adamı bildirir. Bu söz az şeylə
kifayətlənməyə öyrəşmiş insana işarə edir. Aydındır
məsələdir ki, belə bir insan başqalarına daha çox pay verə
bilər, çünki onun özünə çox az lazımdır. Doğrudan da
belədir, biz çox vaxt özümüz üçün o qədər çox şey
istəyirik ki, başqaları üçün heç nə qalmır. Ancaq bu,
Allahın bizə verdiyi yeganə şey deyil. O bizə xeyirxahlıq etmək
ənamı bəxş edə bilər. Robert Lyuis Stivensonun xidmətçiləri
onu çox sevirdilər. Oğlan uşağı olan qulluqçusu onu hər səhər
yuxudan oyadır, bir stəkan çay gətirirdi. Günlərin bir günü
Stivensonu başqa bir qulluqçu oyatdı. Həmin qulluqçu bir fincan
çaydan əlavə, gözəl bir omlet də gətirmişdi. «Sən çox
diqqətlisən» Stivenson dedi. Qulluqçu «xeyr, ağa, çox olan
mənim sevgimdir» dedi.
Səxavət
və alicənablığın əsası olan sevgini qəlbimizə ancaq Allah
qoya bilər. Lakin Paul burada daha dərin mənalardan bəhs edir.
Onun fikirlərinin məzmununu diqqətlə oxuyanda görürük ki, pay
vermək üç qrup insan üçün gözəl əməl hesab olunur:
1)
Pay vermək başqalarına
nəsə bəxş edir.
a)
Onların ehtiyaclarını aradan qaldırır. Dəfələrlə olub ki,
son dərəcə ümidsiz vəziyyətdə olan insana başqasından aldığı
kömək göydən düşmüş bir hədiyyə kimi görünür.
b)
Pay vermək insanın qardaşlığa olan inamını artırır. Çünki
həddindən artıq ehtiyacı olan insan çox vaxt üzgün, məyus
olur və özünü tərk edilmiş hiss edir. Qardaşlarından pay
alanda başa düşür ki, insanlarda hələ sevgi və xeyirxahlıq
ölməyib.
c)
Pay alan insanlarda Allaha şükranlıq hissi oyanır. Çünki çətin
anlarda verilən pay insanlara təkcə bizim sevgimizi deyil, həm də
Allahın sevgisini bəxş edir.
2)
Pay verməklə özümüzə
də
nəsə vermiş oluruq.
a)
Bu bizim məsihçi inancımızı təsdiqləyir. Bu, xüsusilə
korinflilər üçün vacib idi. Sözsüz ki, Yerusəlimdəki imanlı
cəmiyyəti əsasən yəhudilərdən ibarət idi. Onlar məsihçiliyin
bütpərəstlər üçün olub-olmadığına ürəklərinin
dərinliklərində şübhə ilə yanaşırdılar. Belə yardım etmək
faktının özü onlara məsihçiliyin bütpərəstlərə də nəsib
olduğunu təsdiq etməli idi. İnsanın alicənablığı və
səxavəti başqalarına onun Məsihə olan imanını təkcə
sözlərində deyil, həm də əməllərində olduğunu göstərir.
b)
Pay vermək başqalarının sevgisini qazandırır və onları dua
etməyə sövq edir. Həyatda ən vacib şey — insanın qardaşları
ilə əlaqəsidir. Qardaşlıq və dostluqdan daha qiymətli və
vacib heç nə yoxdur. Səxavət və alicənablıq isə ürəkdən
ürəyə gedən yoldur.
3)
Pay vermək Allaha
da nəsə bəxş edir. Paya görə edilən minnətdarlıq duaları
Onun dərgahına ucalır. Yaxşı əməllərimizi görən insanlar
bizə yox, Allaha izzət verirlər. Bu, çox möhtəşəmdir: biz
insanın qəlbini Allaha yönəldən nəsə edə bilərik, və bu?
Ona sevinc gətirər. Sonda Paul korinflilərin diqqətini Allahın
İsa Məsihdəki ənamına yönəldir. Ehtişamı heç vaxt
sönməyəcək və sözlə ifadə edilə bilməyəcək bir ənam...
Bununla Paul sanki korinflilərə deyir: «Allahın nemətlərindən
bu qədər daddığınız halda qardaşlarınıza necə səxavət
göstərməyə bilərsiniz?»
10-13-cü
fəsillərin tədqiqinə keçməzdən əvvəl, gəlin girişdə
araşdırdıqlarımızı xatırlayaq. Biz 9-cu
fəsildən 10-cu fəsilə
heyrətamiz keçid görürük. 9-cu
fəslə
qədər hər şey yaxşı görünür. Dağılan münasibətlər bərpa
oldu, dava bitdi. 8
və
9-cu fəsillər
Yerusəlimdəki imanlı cəmiyyəti üçün ianələrin
toplanmasından bəhs edir. Paulun bu praktiki məsələni həll
etdikdən sonra məktubu bitirməsini gözləmək olardı. Bunun
əvəzinə qarşımızda dörd fəsil dayanır. Bu fəsillər Paulun
indiyə qədər yazdığı ən kədərli və ən ağrılı fəsillər
adlandırıla bilər. Onların bu məktubda necə yer aldığı
təəccüb doğurur.
Korinflilərə
ikinci məktubda
Paul onlara sərt məktub yazdığını iki dəfə qeyd edir. Məktub
o qədər sərt yazılmışdı ki, o, bir anlıq onu yazdığına
görə peşman olmuşdu (2Korinflilərə
2:4; 7:8).
Bu təsvir Korinflilərə birinci məktubun ruhuna heç uyğun deyil.
Buna görə də, iki nəticədən birinin üzərində dayanmalıyıq
— ya bu məktub tamamilə itirilmiş, ya da ən azı bir hissəsi
Korinflilərə
ikinci məktubun 10-13-cü fəsillərində
qorunub saxlanılmışdı. 10-13-cü
fəsillər
həmin sərt məktub təsiri bağışlayır. Görünür, Paulun
məktubları toplanarkən səhvən buraya yerləşdirilib. Vəziyyəti
düzgün təsəvvür etmək üçün əvvəlcə 10-13-cü
fəsilləri,
sonra isə 1-9-cu
fəsilləri
oxumalıyıq. Çox güman, Paul bu məktubu yazarkən böyük əzab
hiss keçirmiş və bu məktubu onun üçün son dərəcə ağrılı
olan vəziyyəti düzəltmək üçün yazmışdır.