6-cı fəsil
1-5
BİR-BİRİNİN YÜKÜNÜ
DAŞIYANLAR (Qalatiyalılara 6:1-5)
Paul
hər bir məsihçi cəmiyyətində yaranan problemlərdən artıq
xəbərdar idi. Hətta ən yaxşı insanlar da büdrəyir. Paulun
işlətdiyi paraptoma
sözü qəsdən işlədilən günah deyil, buzlu və ya təhlükəli
yolda sürüşən adam kimi istəmədən səhv etmək deməkdir. Axı
məsihçi həyatının standartlarına uyğun yaşamağa qərar verən
insanlar başqalarının günahlarını çox sərt şəkildə
mühakimə etmək təhlükəsi ilə üzləşirlər. Bu ciddilik bir
çox saleh insanlara xasdır. Axı insan bir çox xeyirxah insanların
yanına gedib səhvinə və ya məğlubiyyətinə görə ürəyini
boşalda bilməz, çünki onlar soyuq yanaşacaqlar. Lakin Paul qeyd
edir ki, əgər insan büdrəyib hər hansı bir günaha yıxılarsa,
həqiqi məsihçinin vəzifəsi onu həqiqət yoluna qaytarmaqdır.
Paul bərpa
edin
dedikdə — təmir etmək, insan bədənindən hər hansı bir yeni
törəməni cərrahi yolla çıxarmaq, yaxud sınıq qolu və ya
ayağı sağaltmaq felinə mənaca uyğun gələn feldən istifadə
edir. Bu sözün mənası cəza deyil, şəfa deməkdir. Bərpa etmək
sözü cərimə deyil, düzəliş etmək deməkdir. Paul sözünə
davam edib deyir ki, günaha batmış insanı görəndə «Əgər
Allahın lütfü olmasaydı, eyni şey mənim də başıma gələrdi»
özünə söyləmək yerinə düşərdi.
Daha
sonra o özünü əhəmiyyətli saymağı pisləyir və ondan necə
çəkinməyi tövsiyə edir. Öz əməllərini qonşunun əməlləri
ilə müqayisə etməməli, özündən «daha yaxşısını edə
bilərdimmi?» deyə soruşmaq lazımdır. Onda heç vaxt günaha
şirniklənmək üçün səbəbimiz olmayacaq.
Paul
bu mətndə yük daşımaqdan iki dəfə söz açır. Bəzən
həyatdakı çətinliklər və dəyişikliklər insanın üzərinə
yük qoyur; biz Məsihin qanununu yerinə yetirərək belə bir yükü
daşımalı olan hər kəsə kömək edirik. Amma elə yük də var
ki, hər bir insanın özü daşımalıdır. Paul burada əsgərin
bel çantası və bükülmüş paltosunu ifadə edən sözdən
istifadə edir. Elə öhdəliklər və tapşırıqlar var ki, biz
onlara görə şəxsən cavabdehik daşıyırıq, onları bizim
əvəzimizə heç kəs yerinə yetirə bilməz.
6-10
BELƏ DAVAM EDİN!
(Qalatiyalılara 6:6-10)
Paul
praktik davranır.
Məsihçi
cəmiyyətinin öz müəllimləri var idi və o dövrdə İmanlı
Cəmiyyəti hamının taleyində böyük rol oynayırdı. Heç bir
məsihçi başqaları kasıb olduğu halda, özünə çox şeyə
sahib olmağa icazə verməzdi. Paul deyir ki: «Əgər kimsə sənə
əbədi həqiqəti öyrədirsə, onda sən sahib olduğun maddi
sərvətini onunla bölüşə bilərsən».
Sonra
Paul əbədi həqiqəti bəyan edir. O bildirir ki, həyat tərəzini
tarazlıqda saxlayır. Nəfsinin quluna çevrilən insan sonda
qəm-qüssədən başqa bir şey biçməz. Amma kim düz yoldan
dönməyib yaxşı işlər görərsə, Allah sonda onu
mükafatlandırar.
Məsihçilik
heç vaxt həyat təhlükəsini aradan qaldırmayıb. Qədim yunanlar
Nemesis tanrıçaya inanırdılar. Onlar inanırdılar ki, Nemesis
haqsızlıq edən şəxsi dərhal təqib etməyə başlayır və
gec-tez onu cəzalandıracaq. Bütün yunan faciələri «Cinayətkar
cəzasını alacaq» mövzusunda yazılmışdır. Biz bir həqiqəti
bəzən unuduruq: Allah günahları bağışlayır; amma hətta Allah
belə, günahın nəticələrini silməyə qadir deyil. Bədəninə
qarşı günah işlədən insan, Allah onu bağışlasa da, gec-tez
bunun əvəzini sağlamlığı ilə ödəyər. Əgər insan öz
doğmalarına qarşı günah işlədərsə, onu bağışlasalar belə,
gec-tez onların böyük kədərinə səbəb olar. Azğın həyat
yaşayandan sonra düz yola dönən bir adam başqalarına
xəbərdarlıq edərək belə demişdi: «Çapıqlar qalır». Böyük
məsihçi alimi Origen inanırdı ki, bütün insanlar xilas olsa
belə, günahın izləri qalır. Biz bilərəkdən Allahın
bağışlamasından sui-istifadə edə bilmərik. Kainatda əxlaq
qanunu var. Onu pozan şəxs bağışlana bilər, lakin buna
baxmayaraq, nəticələri təhlükəsiz deyil.
Sonda
Paul dostlarına xatırladır ki, səxavətli olmaq bəzən yorucu
ola bilər, ancaq gələcəyinin qayğısına qalıb yaxşılıq
toxumu səpən insan vaxtında biçəcək.
11-18
SON SÖZLƏR (Qalatiyalılara
6:11-18)
Paul,
adətən, katibə diktə ilə yazdırdığı məktuba yalnız adını
əlavə edirdi. Lakin onun ürəyi qalatiyalılara məhəbbət və
qayğı hissi ilə o qədər dolu idi ki, o öz adından daha bir
bütöv abzas əlavə edir: «Baxın, sizə öz əlimlə necə böyük
hərflərlə yazdım!» Çox güman, bunun üç səbəbi vardı.
1.
Ola bilsin, Paul bu abzası ona görə böyük hərflərlə yazıb
ki, ona böyük əhəmiyyət verir, sanki onu kursivlə qeyd edir.
2.
Paul böyük hərflə ona görə yazmışdı ki, əlində qələm
tutmaq vərdişini yadırğamışdı və daha yaxşı yaza bilmirdi.
3.
Ola bilsin, Paulun gözləri zəifləmişdi və ya onun görmə
qabiliyyətini zəiflədən baş ağrısı var idi. Onun yazısı
zəif görən insanı xarakterizə edir.
Paul
mətləbə qayıdır. Qalatiyalıları sünnət etməyə təşviq
edənlərin bir neçə səbəbi ola bilər:
a)
Sünnət olunmaq onları təqiblərdən xilas edərdi. Roma hökuməti
yəhudi dinini tanıyır və rəsmi olaraq onun tətbiqinə icazə
verirdi. Sünnət yəhudi olmağın təkzibedilməz sübutu idi. Əgər
təqib başlasaydı, bəzi insanlar bunu bir növ təhlükəsizlik
zəmanəti kimi görə bilərdilər. Sünnət onları həm
yəhudilərin nifrətindən, həm də Roma qanununun təqiblərindən
qoruyacaqdı.
b)
Onlar sünnət olunmaqla və Qanuna riayət etməklə Allahın
razılığını qazanacaq bir təəssürat yaratmaq istəyirdilər.
Paul isə əmin idi ki, insan öz səyi ilə heç vaxt xilası qazana
bilməz. O, yenidən Çarmıxa işarə edir, onları xilas olunmaq
cəhdlərini dayandırmağa və onları çox sevən lütfə etibar
etməyə çağırır.
c)
Qalatiyalıları sünnət olunmağa təşviq edənlər özləri
Qanuna əməl etmirdilər. Qanuna heç kim tamlığı ilə riayət
etmək gücündə deyil. Lakin onlar qalatiyalıları yəhudilərə
çevirməklə öyünmək istəyirdilər. Onlar qalatiyalıları
Qanunun quluna çevirərək öz qüdrətlərinin izzətində yaşamaq
istəyirdilər. Paul bir daha təkidlə bəyan edir ki, sünnət və
sünnətsizlik heç bir əhəmiyyət kəsb etmir. Əhəmiyyətli olan
yalnız insana yeni həyata yol açan Məsihə imandır. Paul deyir:
«...mən İsanın yara izlərini bədənimdə daşıyıram». Ağa
sahibliyini sübut etmək üçün çox vaxt öz qullarına damğa
vurdururdu. Çox güman, Paul demək istəyirdi ki, Məsih naminə
çəkdiyi işgəncə və iztirablar onun Məsihin xidmətçisi
olduğunu sübut edən əlamətlərdir. O, qalatiyalıları imanına
tabe olmağa çağırdığı həvari səlahiyyətinə deyil, Məsih
naminə aldığı yaralara istinad edir. Paul sanki deyirdi:
«Bədənimdə gəzdirdiyim yara və çapıqlar məni
mükafatlandıracaq Olanın qarşısında mənə şəhadət edəcək».
Məktubdakı
fırtına və gərginlikdən sonra xeyir-dua hökm sürür. Paul
inandırır, məzəmmət edir və yalvarırdı, lakin son sözü onun
üçün böyük məna kəsb edən LÜTF idi.
1
Fratriya — bir nəsildən
törəmiş bir neçə tayfadan ibarət qəbilə birliyi.