CİNSİ TƏCAVÜZ

Coş Makdauell | Ed Styuart

CİNSİ TƏCAVÜZ

Dəhlizdə ayaq səslərini eşidən balaca qız qorxudan donub qaldı. O, babası ilə nənəsinin evində qonaqlar üçün nəzərdə tutulan yataq otağında tək idi. Qız fikirləşdi ki, çarpayının altında gizlənmək yaxşı olar. Lakin qapının qulpunun burulduğunu görəndə, artıq gec olduğunu anladı. Qız yorğanı başına çəkib, onu tapmayacağına ümid edərək gizləndi. Qız onun otağa necə girdiyini eşitdi.